Litva Dövlət Vergi Müfəttişliyi ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

İki qurum arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə işçi qrup yaradılacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) prezidenti Orxan Nəzərli Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəisi xanım Edita Yanuşiene ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə iki qurum arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və irəli sürülən təşəbbüslərin əhəmiyyəti vurğulanıb, qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə olunub.

Görüş zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş prioritetləri, təşkilatın qarşısında duran məsələlərin həlli istiqamətində tərəfdaşlıq imkanları müzakirə edilib. Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərinin vergi administrasiyaları tərəfindən dəstəklənməsi, səmərəli mexanizmlərin və fiskal alətlərin rolu barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, ədalətli iqtisadi təcrübələrin, investisiyaların təşviqi və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi Azərbaycan və Litva üçün tərəfdaşlıqda ortaq öhdəlikdir.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb. Bununla yanaşı, iki qurum arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə müvafiq işçi qrupun yaradılmasına dair razılıq əldə olunub.

Related posts

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika naziri Lənkəranda vətəndaşları qəbul edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı