Litva ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə əlaqələrin genişləndirilməsinin önəmi  vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin tərəfdaşlığın inkişafında rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında bir sıra istiqamətlər, o cümlədən enerji, ticarət, qarşılıqlı investisiyalar, İT, təhsil, səhiyyə və s. sahələrdə, həmçinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü və Tvinninq layihələri çərçivəsində əməkdaşlıq həyata keçirilir. Bildirilib ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Litvanın müvafiq qurumları arasında əlaqələrin qurulması, birgə tədbirlərin, biznes forum və işgüzar görüşlərin təşkili, nəqliyyat-tranzit, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Litva şirkətlərinin iştirakı, rəqəmsal iqtisadiyyat və innovativ inkişaf sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.  

Tərəflər iqtisadi əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı