Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb - BBN

Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb

Liviyada neft hasilatı son 13 ilin ən yüksək həddinə çatıb.

BBN.az xəbər verir ki, Liviya neft hasilatını artıran ölkələr sırasına qoşulub. Ölkənin neft istehsalı 2013-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Liviyanın Milli Neft Korporasiyasının (NOC) rəhbəri Məsud Süleyman bazar günü verdiyi açıqlamada ölkənin xam neft hasilatının gündəlik 1,44 milyon barelə çatdığını bildirib.

“Reuters”in yaydığı məlumata görə, bu göstərici Liviyada 2013-cü ildən bəri qeydə alınan ən yüksək hasilat səviyyəsidir. Siyasi qeyri-sabitlik və infrastruktur problemləri səbəbindən tez-tez fasilələrlə üzləşən Liviyanın neft sektoru bu nəticə ilə son 13 ilin ən güclü göstəricisinə nail olub.

Related posts

Hörmüz boğazı və ticarət gərginliyi: 2027-ci ildə bizi nə gözləyir?

Azərbaycan nefti 80 dollara ticarət olunub

OPEC-in yeni hesabatı: Qlobal enerji istehlakı rekord həddə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı