Londonun Qetvik aeroportuna uçuşlara start verilib.
İlk uçuşun qarşılanma mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir iştirak ediblər.
Beləliklə, Bakı ilə London arasında həftəlik uçuşların sayı 6-ya çatdı. Xatırladaq ki, reyslər həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.