Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankdan açıqlama: “Yeni 3 manatlıq kağız pul tədavülə buraxılmayacaq” - BBN

Mərkəzi Bankdan açıqlama: “Yeni 3 manatlıq kağız pul tədavülə buraxılmayacaq”

Son günlər sosial mediada və bəzi saytlarda “Yeni 3 manat nominallı kağız pul nişanı tədavülə buraxılacaq” xəbərləri yayılıb. Lakin bu məlumatlar həqiqəti əks etdirmir.

Vətəndaşlar belə xəbərlərlə bağlı yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial media hesablarına istinad etməlidirlər.

Hazırda tədavüldə olan milli pul nişanları aşağıdakı kimidir:

  • Kağız pul nişanları: 1, 5, 10, 20, 50, 100 və 200 manat

  • Metal pul nişanları: 1, 3, 5, 10, 20 və 50 qəpik

Ətraflı məlumatı Mərkəzi Bankın rəsmi saytından əldə etmək mümkündür: https://www.cbar.az/page-28/currency-in-circulation

Mərkəzi Bank vurğulayır ki, yeni pul nişanlarının tədavülə buraxılması hallarında ictimaiyyət mütləq öncədən rəsmi kanallar vasitəsilə məlumatlandırılır.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı