Məktəblilərarası Avropa Pul Viktorinası başa çatmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Banklar Assosiasiyasının təşkilatçılığı ilə təşkil edilən Avropa Pul Viktorinasının milli mərhələsi başa çatmışdır. Müsabiqədə 13-15 yaşlı, ingilis dili bilikləri yüksək səviyyədə olan dövlət və özəl məktəblərin şagirdləri iştirak etmişdirlər.

Milli mərhələnin ilk seçim turu və yarımfinal onlayn keçirilmişdir. İlk mərhələdə 300 nəfər iştirak etmiş, onlardan 150 nəfər yarımfinala keçmişdir. 20 nəfər final mərhələyə keçmək hüququ qazanmışdır.

Mərkəzi Bankda keçirilən finalda Xırdalan şəhər 3 nömrəli Məktəbin şagirdi Ülkər Aşurova və Humanitar fənlər təmayüllü məktəb-lisey şagirdi Nurlan Karibov müvafiq olaraq 1-ci və 2-ci yerləri tutmuşlar. Qaliblər Azərbaycanı Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcəklər.

Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı