Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasının yarımfinal mərhələsi başa çatdı - BBN

Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasının yarımfinal mərhələsi başa çatdı

13–15 yaşlı məktəblilər arasında təşkil olunan Maliyyə Savadlılığı Viktorinasının yarımfinal mərhələsi uğurla yekunlaşıb. Layihə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA), həmçinin Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilati dəstəyi və ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə həyata keçirilir.

 

Viktorinanın əsas məqsədi məktəblilər arasında maliyyə savadlılığının artırılması, şəxsi maliyyə idarəetməsi, büdcə planlaması, təhlükəsiz bankçılıq və rəqəmsal ödəniş vərdişləri üzrə biliklərin gücləndirilməsidir. Layihə məktəblilərdə real həyat bacarıqlarının inkişaf etdirilməsini və onların gələcək maliyyə davranışlarına müsbət təsir göstərilməsini hədəfləyir.

 

Yarımfinal mərhələsində 100-ə yaxın iştirakçı biliklərini sınaqdan keçirib və onlardan 20 nəfər final mərhələsində iştirak etmək hüququ qazanıb. Final turunun 6 dekabr 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, viktorina “Bank VTB Azərbaycan” ASC, “Ziraat Bank Azərbaycan” ASC, Azərbaycan Banklar Assosiasiyası və ABA-ya üzv digər bankların maliyyə dəstəyi ilə təşkil olunur.

 

Tədbirin təşkilatçılarından olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa İttifaqının təşəbbüsü ilə yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumudur. Bu günə qədər mərkəz tərəfindən 250-yə yaxın təlim mövzusu üzrə 38 mindən çox dinləyiciyə 2600-dən artıq təlim keçirilib.

Related posts

RABİTƏBANKDAN SƏRFƏLİ NAĞD PUL KREDİTİ KAMPANİYASI BANK, SIĞORTA VƏ MOBİL OPERATOR ƏMƏKDAŞLARINA ÖZƏL

AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi

Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı