Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib - BBN

Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Mərkəzi Bankın nümayəndələri arasında video-konfrans formatında görüş keçirilib. Görüşdə Yol Xəritəsinin 2.2.1-ci bəndində nəzərdə tutulmuş məsələlər (Kommersiya hüquqi şəxsin qeydiyyat prosesini əhatə edən elektron sistemin mövcudluğu) müzakirə edilib.

Yol Xəritəsinin müvafiq bəndinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Elm və Təhsil Nazirliyinin rəylərinin, Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkanın yaradılması nəzərdə tutulur. Tərəflər Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər, qanunvericilikdə yer alan məqamlar və elektron mübadilənin təqdim edilməsi üzrə mövcud vəziyyət, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslərin hərəkət xəritəsi və s. məsələlərin müzakirəsini aparıblar. Görüş çərçivəsində Dövlət Vergi Xidmətinə inteqrasiya edilməsi zərurəti yaranmış sənədlərin siyahısı diqqətə çatdırılıb.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, məlumat bazalarının Yol Xəritəsində müəyyən olunmuş müddətlər çərçivəsində əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində işlərin aparılması razılaşdırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı