“Məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib

“İqtisadiyyat Nazirliyində 2025-cü il üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində DVX-nin Tədris Mərkəzi və Daxili təhlükəsizlik baş idarəsi tərəfindən “Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda onlayn formatda təlim keçirilib. Təlimdə 218 nəfər vergi xidməti əməkdaşı iştirak edib.

Bundan başqa, 2025-ci ilin ötən dövrü ərzində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təşkil olunmuş “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda 4 təlimdə “Korrupsiyanın anlayışı, təzahür formaları və ona qarşı mübarizə tədbirləri” mövzusu tədris edilib. Təlimlərə ümumilikdə 84 nəfər vergi xidməti əməkdaşı cəlb olunub.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində DVX tərəfindən dövlət, bələdiyyə və digər büdcə təşkilatlarının əməkdaşları üçün korrupsiya riskləri və korrupsiya halları ilə mübarizə, vergi ödəyiciləri üçün isə vergidən yayınma hallarına görə məsuliyyət mövzuları üzrə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

Related posts

İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirilib

Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib

Sahibkarların müraciətləri dinlənilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı