Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank Azərbaycan Dillər Universitetində “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı”nı keçirir - BBN

Mərkəzi Bank Azərbaycan Dillər Universitetində “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı”nı keçirir

3 aprel 2026-cı il tarixində Mərkəzi Bankın Azərbaycan Dillər Universiteti (ADU) ilə əməkdaşlığı çərçivəsində universitetin Beynəlxalq jurnalistika ixtisasının tələbələri üçün təşkil olunan “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı”nın açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Bank nümayəndələri yerli universitetlərlə əməkdaşlıq çərçivəsində növbəti proqramın ADU-da təşkilinə və əməkdaşlığa görə təşəkkürlərini bildirərək bu təşəbbüsün gənc jurnalistlərin iqtisadi biliklərinin formalaşmasında mühüm rol oynayacağına dair əminlik ifadə ediblər. Bank nümayəndələri Mərkəzi Bank tərəfindən media ilə tərəfdaşlığın gücləndirilməsi, ictimai kommunikasiyanın genişləndirilməsi və iqtisadi jurnalistikanın inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərdiyini, bu sahədə peşəkar kadr hazırlığına önəm verildiyini vurğulayıb. Bu cür təlimlərin maliyyə və iqtisadi mövzuların cəmiyyətə düzgün və anlaşılan şəkildə çatdırılmasında mühüm rol oynadığı bildirilib.

ADU rəhbərliyi çıxışında proqramın gənc jurnalistlərin peşəkar inkişafına və gələcək karyerasına mühüm töhfə verəcəyini qeyd edərək iştirakçılara uğurlar arzu edib.

Tədbir çərçivəsində tələbələrə Mərkəzi Bankın rəsmi internet resursları və maliyyə savadlılığını artırmağa yönəlmiş elektron platformalar barədə məlumat təqdim olunub.

Proqramın ilk sessiyası Mərkəzi Bankın Pul siyasətinin hesabatlılığı şöbəsinin rəisi Təranə Əlirzayeva tərəfindən keçirilib. “Makroiqtisadiyyatın əsasları və jurnalistikada tətbiqi” mövzusuna həsr olunan sessiyada pul siyasətinin məqsəd və alətləri, makroiqtisadi proqnozlaşdırma prinsipləri və mərkəzi bank kommunikasiyasının müasir yanaşmaları izah edilib.

Qeyd edək ki, proqramın məqsədi gənc jurnalistlərin iqtisadiyyat və maliyyə sahəsində biliklərini artırmaq, onları bu sahədə ixtisaslaşmaya təşviq etmək və peşəkar fəaliyyətə hazırlamaqdır. Proqram çərçivəsində Mərkəzi Bank nümayəndələri tərəfindən müxtəlif mövzular üzrə təlimlərin davam etdirilməsi planlaşdırılır.

Related posts

3 ayda dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb

“PAŞA BANK” ASC-nin səhmlərinin abunə yazılışı baş tutacaqdır

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı