Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank Bərdədə səyyar görüş keçirəcək - BBN

Mərkəzi Bank Bərdədə səyyar görüş keçirəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tutur.

BBN.az AMB-yə istinadən xəbər verir ki, növbəti səyyar görüş fevralın 4-də Bərdə rayonunda keçiriləcəkdir. Görüş Tərtər, Ağcabədi, Ağdam, Ağdərə, Füzuli, Xocavənd, Xocalı, Şuşa, Xankəndi, Tərtər, Bərdə inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Related posts

Azərbaycan Banklar Assosiasiyası Mizuho Bank ilə rəqəmsal aktivlər və süni intellekt üzrə işgüzar görüş keçirib

“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır

AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı