Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək - BBN

Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ilk dəfə, yəni fevralın 4-də uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

BBN.az xəbər verir ki, bu barədə AMB xəbər verir. Mərkəzi Bank bundan əvvəl, dekabrın 10-dakı qərarında uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərini 0.25 faiz bəndi azaldıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir.

Xatırladaq ki, Niderlandın ən böyük maliyyə qrupu “ING Group” ötən həftə Azərbaycanla bağlı açıqladığı hesabatda AMB-nin növbəti qərarında uçot dərəcəsini sabit saxlayacağını proqnozlaşdırıb: “Yaxın müddətdə monetar siyasətdə dəyişiklik gözlənilmir və Azərbaycan Mərkəzi Bankının 4 fevral tarixli iclasında uçot dərəcəsini 6,75% səviyyəsində dəyişməz saxlaması ehtimalı yüksəkdir. Faiz endirimi yalnız davamlı dezinflyasiya və fiskal intizamın möhkəmlənməsi fonunda mümkün hesab olunur”.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı