Mərkəzi Bank daha dörd nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarını ləğv etdi

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyətinin 12 iyul 2023-cü il tarixli qərarına əsasən siyahıda qeyd olunmuş (əlavə olunur) 4 (dörd) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən lisenziyaları ləğv edilən fiziki şəxs olan sığorta agentlərinin

 SİYAHISI

Sığorta

agentinin adı

Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi VÖEN
1 Abdullayev Bəlyəddin Əsabəli oğlu 19.10.2012 000794 3000712942
2 Əliyeva Səbinə Hikmət qızı 05.10.2018 SA-0054 1305345362
3 İbrahimov Şahid Kamal oğlu 28.04.2009 000090 1800990202
4 Ruhullayev Zaur Eynulla oğlu 21.05.2013 000941 4500980912

 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı