Mərkəzi Bank “Dayanıqlı Maliyyə Prinsipləri”ni açıqlayıb

Maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası Mərkəzi Bankın əsas strateji hədəflərindən biridir. Bununla əlaqədar, 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin icrası istiqamətində həyata keçirilən təşəbbüslərdən biri “Dayanıqlı Maliyyə Prinsipləri”nin hazırlanması oldu.

Prinsiplər sənədi Ekoloji, Sosial və İdarəetmə (ESİ) amillərinin maliyyə institutlarında biznes strategiyasının formalaşdırılması, korporativ idarəetmə, risklərin idarə edilməsi və məlumatların açıqlanmasına inteqrasiyası məsələlərini əhatə edir.

BBN.az AMB-yə istinadən xəbər verir ki, pinsiplər tövsiyə xarakteri olmaqla Mərkəzi Bankın dayanıqlı maliyyəyə keçid üzrə siyasətini dəstəkləyir.

“Dayanıqlı Maliyyə Prinsipləri” ilə bağlı ətraflı məlumatla tanış olmaq üçün bu linkə https://lnkd.in/eiWHy28z keçid edə bilərsiniz.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

AMB sığorta sahəsində növbəti attestasiya keçirəcək

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı