Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayıb

“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb”.

BBN.az xəbər verir ki, bu haqda AMB-nin bu gün açıqladığı faiz dəhlizinin parametrləri haqda qərarında qeyd edilib.

AMB-dən qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

“Bu qərar 1 avqust 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il sentyabr ayının 18-də açıqlanacaq”, – deyə əlavə edilib.

Xatırladaq ki, AMB-nin İdarə Heyəti iyunun 21-də sonuncu qərarında uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddini 6.25%, faiz dəhlizinin yuxarı həddini isə 8.25% səviyyəsində sabit saxlayıb.

Related posts

Bakı Fond Birjası “Asiya İnkişaf Bankının” təşkilatçılığı ilə Suveren Yaşıl İstiqrazlar mövzusu çərçivəsində baş tutan təlim proqramında iştirak edir

Unibank “Yaşıl maliyyə” konfransının dəstəkçisidir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı