Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank faiz qərarını bu gün açıqlayacaq - BBN

Mərkəzi Bank faiz qərarını bu gün açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı ilə bağlı press-reliz 31 iyul 2026-cı il saat 10:00-da dərc olunacaq.

BBN.az xəbər verir ki, saat 11:00-da Mərkəzi Bankda qərarla bağlı mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, AMB İdarə Heyətinin 24 iyun 2026-cı il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank mayın 6-da və aprelin 2-də keçirilən iclaslarda da faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlamışdı.

2026-cı il fevralın 4-də isə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılmışdı. Nəticədə uçot dərəcəsi 6,5%-ə, faiz dəhlizinin aşağı həddi 5,5%-ə, yuxarı həddi isə 7,5%-ə endirilmişdi.

Bundan əvvəl, 10 dekabr 2025-ci ildə də faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılmışdı. Həmin qərarla uçot dərəcəsi 6,75%, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 7,75% səviyyəsinə endirilmişdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,7%, qeyri-qida məhsulları üzrə 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7% təşkil edib.

İllik istehlak qiymətləri iyunda 5,8% artıb, aylıq müqayisədə isə 0,3% azalıb. İllik inflyasiya apreldə 5,5%, mayda isə 5,6% təşkil etmişdi. İyunda inflyasiyanın sürətlənməsinə baxmayaraq, göstərici Mərkəzi Bankın 2-6%-lik hədəf diapazonunda qalıb.

Bu fonda iyul iclasında da faiz dəhlizinin bütün parametrlərinin dəyişməz saxlanılması ehtimalı yüksək qiymətləndirilir.

Mərkəzi Bank daha əvvəl bildirmişdi ki, qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlməsi ehtimalını artırır. Dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması əsas xarici risk amilləri sırasında göstərilib.

AMB qeyd edib ki, ilin qalan dövründə faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcək. Qərarların qəbulunda bank sektorunda likvidliyin dinamikası və onun iqtisadiyyata birbaşa və dolayı təsirləri də diqqətdə saxlanılacaq.

Related posts

AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir

AccessBank QSC Prolongation of HPE equipments support 2026 tenderinin vaxtının uzadıldığını elan edir

Rabitəbank Bank of New York Mellon-da İngilis funt sterlinqi üzrə müxbir hesab açıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı