Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank: “Naxçıvanbank”ın öhdəlikləri bank sektoru üçün heç bir təhdid yaratmır - BBN

Mərkəzi Bank: “Naxçıvanbank”ın öhdəlikləri bank sektoru üçün heç bir təhdid yaratmır

“Naxçıvanbank” ASC-nin müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Naxçıvanbank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilmə formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

BBN.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna əsasən Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, “Naxçıvanbank”ın BOKT-a çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarıdır. Son hesabat tarixinə “Naxçıvanbank” ASC-nin maliyyə dayanıqlığı ilə bağlı çətinliyi mövcud deyil, aktivləri bütün fiziki və hüquqi şəxs olan əmanətçiləri və digər kreditorları qarşısındakı öhdəliklərini tam icra etməyə imkan verir. 31.05.2024-cü il tarixinə “Naxçıvanbank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.24%, kredit portfelində 0.04%, sektorun öhdəliklərində isə 0.003% təşkil edir.

““Naxçıvanbank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin bank tərəfindən Qaydalara müvafiq olaraq qəbul edilmiş plan əsasında yaxın müddətdə icrası nəzərdə tutulur. Beləliklə, “Naxçıvanbank” ASC-nin yenidən təşkil edilərək BOKT-a çevrilməsi bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır”- AMB-nin açıqlamasında əlavə edilib.

Related posts

AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı