Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank növbəti “Kartla ödə, kartla qazan” lotereyasına start verir - BBN

Mərkəzi Bank növbəti “Kartla ödə, kartla qazan” lotereyasına start verir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Bank tərəfindən icrası həyata keçirilən tədbirlər çərçivəsində cəmiyyətdə nağdsız ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə 1 noyabr tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı növbəti “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.

Cari ilin noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 100 (yüz) manat məbləğində nəzərdə tutulur və uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcəkdir. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və təhsil kartları da iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 900 nəfərin qalib olacağı planlaşdırılır.

Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə (www.cbar.az/page-465/pay-by-card-win-by-card-2020) yerləşdirilmişdir.

Related posts

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib

ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı