Mərkəzi Bank: Ölkənin strateji valyuta ehtiyatları 69.7 mlrd. ABŞ dollarına çatıb

Ðîññèÿ. Ìîñêâà. Êóïþðû íîìèíàëîì 100 äîëëàðîâ. Ôîòî Âëàäèìèð Ìàøàòèí/ ÈÒÀÐ-ÒÀÑÑ

“Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib. 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% (və ya 1.3 mlrd. ABŞ dolları) artaraq 69.7 mlrd. ABŞ dollarına çatıb”.

BBN.az xəbər verir ki, bu barədə AMB tərəfindən bu gün açıqlanan faiz dəhlizinin parametrləri haqda məlumatda qeyd edilib.

Bildirilib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir:

“Bu alətlərdən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. İyun ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.75% (mayda 6.88%) olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımının bank sistemindəki likvidliyə azaldıcı təsirini nəzərə almaqla sterilizasiya əməliyyatlarının həcmini azaldıb”.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı