Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank sabah faiz qərarı verir: gözlənti nədir? - BBN

Mərkəzi Bank sabah faiz qərarı verir: gözlənti nədir?

Azərbaycan Respublikasının Mərkəzi Bankı sabah – 10 dekabr 2025-ci il saat 11:00-da faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.  Banker.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı barədə press-reliz rəsmi kanallarda ictimaiyyətə təqdim olunacaq. Bu tənzimləyicinin son iclasıdır.

Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə oktyabr ayındakı iclasında uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlamışdı. Həmin qərar faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (2–6%), beynəlxalq iqtisadi vəziyyət, daxili makroiqtisadi göstəricilər və pul siyasətinin real sektora ötürülmə mexanizmləri nəzərə alınaraq verilmişdi.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, cari ildə inflyasiya 6 % həddində, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.

“ING Group” 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,7 %, 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.

BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.

Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın cari və növbəti illərdə müvafiq olaraq 4 % və 3 %, “Fitch Ratings” 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 %, “Fitch Solutions” 2025-ci ildə 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, AMB-nin inflyasiya proqnozları da bir qədər yenilənmiş, 2025-ci il üzrə illik inflyasiya gözləntisi 6%-ə, 2026-cı il üçün isə 5.7%-ə yüksəldilmişdi. Proqnozdakı dəyişikliklər əsasən təklif yönlü amillərlə izah olunurdu.

Related posts

Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Mərkəzi Bank: 10 manatlıq əskinaslar ödəniş terminallarında qəbul edilməlidir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı