Mərkəzi Bank tərəfindən Banklararası Kart Mərkəzinin texniki infrastrukturunun modernizasiyası çərçivəsində sınaq işlərinin aparılması barədə

Mərkəzi Bank tərəfindən ölkənin kart infrastrukturu vasitəsilə aparılan əməliyyatlar zamanı effektivliyin və səmərəliliyin yüksəldilməsi, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə 2016-cı ildə yaradılmış Banklararası Kart Mərkəzinin etibarlı fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı olaraq modernizasiya tədbirləri həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Banklararası Kart Mərkəzinin müasir standartlar əsasında yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədilə 07.09.2022-ci il tarixindən başlayaraq 3 gün müddətinə saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə müvafiq sınaq işlərinin aparılması planlaşdırılır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı