Mərkəzi Bank tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təşəbbüslər davam etdirilir.
Belə ki, 20.07.2026-cı il tarixindən 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində də (Ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 784) Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcəkdir. Bu yanaşma qəbul prosesində vaxt itkisinin azaldılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) xidmət mərkəzlərində həyata keçirilir.
Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu üzrə imkanlar genişləndirilib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında yerləşən “ASAN xidmət” mərkəzində (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7), Sumqayıt şəhərində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi, 66), Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaş qəbulu otağının fəaliyyəti təmin olunub. Eyni zamanda Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar qəbullar təşkil olunur.
Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın “966” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.