Mərkəzi Bank tərəfindən illik əsasda həyata keçirilən nağdsız ödənişlərin inkişafı üzrə müsabiqənin nəticələri açıqlanıb

2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir.

2019-cu ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqə qalibiolmuşlar:

  • “POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” – “Premium Bank” ASC;
  • “Təmassız ödənişlər üzrə lider bank” – “Expressbank” ASC;
  • “İnternet bankçılıq xidməti üzrə lider bank” – “Paşa Bank” ASC;
  • “Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC;
  • “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “Paşa Bank” ASC;
  • “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” – “Unibank KB” ASC.

Mərkəzi Bankqalib bankları təbrik edir və bütün bankları COVİD-19 pandemiyası dövründə zəruriliyi daha da aktuallaşan elektron bankçılığın genişləndirilməsi, müştəri əməliyyatları üzrə kağız daşıyıcıların minimallaşdırılması, təmassız texnologiyaların tətbiqinin artırılması istiqamətində fəaliyyətlərində daha aktiv olmağa çağırır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı