Mərkəzi Bank tərəfindən məsafədən bank hesablarının açılmasına dair təqdimat keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 04 fevral 2022-ci il tarixli, 04/2 nömrəli qərarı ilə yeni “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” təsdiq edilmişdir. Qaydaların qəbul olunması ilə məsafədən bank hesablarının açılması proseduru daha da təkmilləşdirilmişdir.

Qaydaların məsafədən bank hesablarının açılması ilə bağlı tələblərinin tətbiqi üzrə hüquqi məsələlərin açıqlanması, praktik nümunələrin müzakirə edilməsi və bu prosedurun bank sistemində daha effektiv formada tətbiq edilməsi məqsədi ilə 20 may 2022-ci il tarixində Mərkəzi Bank əməkdaşları tərəfindən Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə bank nümayəndələri üçün birgə onlayn görüş keçirilmişdir.

Görüşdə Mərkəzi Bank əməkdaşı Xəyaləddin Tağıyev tərəfindən təqdimat edilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı