Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb - BBN

Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb

Mərkəzi Bank tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb.

Sənəd özünüməşğul şəxslərin və mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşməsi, həmçinin bütövlükdə iqtisadi artımın dəstəklənməsində mikromaliyyə sektorunun rolunun artırılması istiqamətində nəzərdə tutulan təşəbbüsləri müəyyən edir.

Strateji çərçivə sənədi mikromaliyyənin hüquqi və tənzimləyici bazasının gücləndirilməsi, mikrokredit anlayışının qanunvericiliyə gətirilməsi, bank olmayan kredit təşkilatlarının institusional inkişafı və maliyyələşmə mənbələrinin diversifikasiyası, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərinin gücləndirilməsi üzrə prioritetləri əhatə edir. Sənəddə özünüməşğul əhali və ailə kəndli təsərrüfatlarının identifikasiyası sisteminin təkmilləşdiriməsi üzrə öncəliklər də əks olunur.

“Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədini nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz:

https://uploads.cbar.az/assets/c2c02b5f964ee71f307b63627.pdf

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı