Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən müvafiq təşkilatlara elektron pul təşkilatı və ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib - BBN

Mərkəzi Bank tərəfindən müvafiq təşkilatlara elektron pul təşkilatı və ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarlarına əsasən “Payriff” QSC və “Greentek Group” MMC-yə elektron pul təşkilatı, “Fizza Pay” MMC və “Kabox” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı