Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib - BBN

Mərkəzi Bank tərəfindən “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib

Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun təşəbbüslərin həyata keçirilməsini uğurla davam etdirir. Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası 3 layihəsi” çərçivəsində Mərkəzi Bank ilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanmış “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.

Yol Xəritəsi nəzarət texnologiyalarının (“SupTech”) inkişafı üçün strateji çərçivəni müəyyən etməklə 2024-2029-cu illər üzrə Mərkəzi Bank tərəfindən bu istiqamətdə planlaşdırılmış layihə və təşəbbüslər portfelini əhatə edir. Həmçinin sənəd “SupTech”in tətbiqinin potensial töhfələrini də özündə kompleks şəkildə cəmləyir.

“SupTech” risk əsaslı nəzarət məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyən etməyi hədəfləyir. “SupTech” alətlərinin tətbiqi nəzarət proseslərinin səmərəliliyini artırmağa, maliyyə institutlarının hesabatlılığının keyfiyyətini və tənzimləyici tələblərə riayət etmə səviyyəsini yüksəltməyə, nəticədə potensial olaraq maliyyə sisteminin dayanıqlılığını gücləndirməyə xidmət edir. Eyni zamanda “SupTech” Mərkəzi Bankın nəzarət sahəsindəki əsas strateji məqsədi olan risk əsaslı nəzarət yanaşmasının “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun surətdə tətbiqinə nail olmaq üçün əsas dəstəkləyici amil rolunu oynayacaqdır.

Yol Xəritəsinin icrası həm də Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcəkdir:

  • Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi
  • Nəzarət informasiya sisteminin tətbiqi

Yol Xəritəsinin qısa icmalı ilə bu linkdən tanış ola bilərsiniz:

https://uploads.cbar.az/assets/feeb62eb12b5c144caa99818e.pdf

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

Son 1 ildə Azərbaycanda pul bazası 15% artıb

AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı