Mərkəzi Bank tərəfindən sahələrarası maliyyə axınlarının təhlili hesabatı yayımlanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı özünün strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi, iqtisadi təhlil imkanlarının artırılması, habelə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin nəticələri geniş auditoriyaya təqdim olunur.

Bu xüsusda Mərkəzi Bank tərəfindən növbəti təhlil sənədi kimi 2022-ci ilin ikinci rübü üzrə Sahələrarası maliyyə axınlarının təhlili hesabatı hazırlanmışdır.

Hesabat sənədi dövr ərzində bütövlükdə iqtisadiyyatda, o cümlədən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri üzrə ödəniş daxilolmalarının təhlilinə həsr olunmuşdur. Sahələrarası maliyyə axınlarının verilənlər bazası Real vaxt rejimində hesablaşmalar sistemi (AZIPS) üzərindən daxil olan ödəniş məlumatları əsasında qurulmuşdur.

Hesabat 01.01.2018 – 30.06.2022 dövrünü əhatə edən günlük məlumatlar əsasında hazırlanmışdır. Hesabatda iqtisadi fəaliyyət sahələri üzrə ödəniş daxilolmalarının dinamikası, həmçinin dövrlər üzrə müqayisəli təhlili aparılmışdır.

Hesabatdakı məlumatlar makroiqtisadi göstəricilərin proqnozlaşdırılması baxımından informasiya mənbəyi, yeni təhlil və proqnoz aləti kimi istifadə oluna bilər.

Sahələrarası maliyyə axınlarının təhlili hesabatı qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla davamlı şəkildə təkmilləşdirilərək rüblük əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində elektron versiyada dərc olunacaqdır.

2022-ci ilin ikinci rübü üzrə Sahələrarası maliyyə axınlarının təhlili hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:

Sahələrarası maliyyə axınlarının təhlili hesabatı

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı