Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yeni investisiya məqsədli pul nişanlarının satışına başlanılmışdır - BBN

Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yeni investisiya məqsədli pul nişanlarının satışına başlanılmışdır

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən satışına başlanılmışdır.

Tədavülə buraxılan investisiya məqsədli pul nişanları ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

https://www.cbar.az/moneymarks/coins?category=2

Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (https://coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.

Eyni zamanda investisiya məqsədli bu pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcəkdir (https://coin.e-cbar.az/).

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı