Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən təsdiq olunmuş “Yaşıl Taksonomiya” sənədi müzakirə olunub - BBN

Mərkəzi Bank tərəfindən təsdiq olunmuş “Yaşıl Taksonomiya” sənədi müzakirə olunub

Azərbaycandakı Amerika Ticarət Palatasında keçirilən görüşdə Mərkəzi Bank tərəfindən təsdiq olunmuş “Yaşıl Taksonomiya” sənədi müzakirə olunub.

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə görüşdə çıxışı zamanı “Yaşıl Taksonomiya” və onun ölkənin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətindən bəhs edib. O, taksonomiyanın əsas məqsədlərini və bu çərçivədə müəyyənləşdirilmiş fəaliyyət meyarlarını diqqətə çatdırıb. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 7 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Yaşıl Taksonomiya”da iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növləri, alt-növləri və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemi əhatə olunub. “Yaşıl Taksonomiya” sənədini nəzərdən keçirmək üçün bu linkə daxil olun: uploads.cbar.az/assets/af4de2d

Related posts

Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12 % gəlir gətirsin!

Təhsilin İnkişafı Fondu auditor seçib

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsində iştirak imkanları genişlənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı