Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bank tərəfindən virtual aktivlər üzrə ekspert müzakirəsi keçirilib - BBN

Mərkəzi Bank tərəfindən virtual aktivlər üzrə ekspert müzakirəsi keçirilib

Mərkəzi Bank tərəfindən virtual aktivlərin və bu xidmətin təminatçılarının fəaliyyətinin tənzimlənməsi istiqamətində ekspertlərin iştirakı ilə “Virtual aktivlər və bazar ehtiyacları: ekspert müzakirəsi” adlı tədbir keçirilib.

Tədbirdə virtual aktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması, virtual aktivlər bazarı və Mərkəzi Bankın bu sahədəki tənzimləmə yanaşması kimi mövzular müzakirə olunub. İştirakçılar həmçinin, Qazaxıstan və Türkiyədə virtual aktivlərin tənzimlənməsi sahəsində əldə edilmiş təcrübələrlə tanış olublar.

Müzakirələr zamanı virtual aktivlər bazarında mövcud çağırışlar, risklər və potensial imkanlar, eləcə də maliyyə sektorunda bu aktivlərin inteqrasiyası üzrə müxtəlif təkliflər irəli sürülüb.

Görüşdə iştirak edən ekspertlər arasında interaktiv müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Aparılan müzakirələr bu sahədə beynəlxalq təcrübələrdən faydalanaraq ölkədə virtual aktivlər bazarının tənzimləmə çərçivəsinin formalaşmasına, bununla da bazarın daha təhlükəsiz və şəffaf idarə edilməsinə imkan yaradacaqdır.

Related posts

Azərbaycanda “Bank Nəzarəti Strategiyası” təsdiqlənib

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı