Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb - BBN

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb

“Met Invest” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb.

Yeni rezident tərəfindən Sənaye Parkının ərazisində metal məmulatların istehsalı layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində illik istehsal gücü 144 min ton olan armatur, künclük və polad məftil istehsalı zavodu inşa ediləcək. İnvestisiya dəyəri 18 milyon manat olan müəssisədə 150 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

Avropa, Türkiyə, Çin kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Related posts

İqtisadiyyat Nazirliyi: Neft-qaz hasilatı azalacaq, 2030-a doğru artım bərpa olunacaq

ING Group Azərbaycanda ÜDM artımı üzrə proqnozunu açıqladı

Dolların “qara həftəsi”: Sülh ümidləri ABŞ valyutasını taxtından salır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı