11-14 sentyabr 2023-cü il tarixlərində Bakıda Azərbaycan Respublikasının Mərkəzi Bankının və Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin (ATTF) təşkilatçılığı ilə “Beynəlxalq komplayens” mövzusunda təlim keçirilib.
Ekspert Jaime Prieto tərəfindən keçirilən təlimdə AMB-nin əməkdaşları ilə yanaşı kommersiya banklarının müvafiq sahələrində çalışan əməkdaşları da iştirak ediblər. Ümumilikdə 28 saatlıq təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunublar.