Mərkəzi Bank və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir – Foto

Mərkəzi Bank və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində önəmi mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu mövzuda aidiyyəti fokus qruplarının maarifləndirilməsi Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru üzrə qiymətləndirilməsində iştirak edən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) üzrə məlumatlılığın artırılması istiqamətində Auditorlar Palatasının kollektivinə, auditor təşkilatlarına və sərbəst auditorlara maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Daşınar əmlakın yüklülüyü haqqında qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun müəyyən edilməsində önəmi, üstünlükləri və onun praktikada tətbiqi üzrə geniş müzakirələr aparılmışdır.

Bundan əlavə, tədbir iştirakçılarına Mərkəzi Bankın Maliyyə savadlılığına dair elektron resursları barədə təqdimatlar edilmişdir.

Ölkədə əhalinin və biznes subyektlərinin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının stimullaşdırılması, bununla da maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən maraqlı tərəflərlə bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı