Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışını asanlaşdırmışdır

Mərkəzi Bank tərəfindən davamlı olaraq tədavülə yubiley və xatirə pul nişanları buraxılır.

Vətəndaşlar yubiley və xatirə pul nişanlarını kommersiya banklarından, Mərkəzi Bankın Bakı şəhəri və regionlarda fəaliyyət göstərən “Nağd pul ofisləri”ndən əldə edə bilər.

Eyni zamanda Mərkəzi Bank əhalinin bu pul nişanlarına əlçatanlığının artırılması və məmnunluğunun təmin edilməsi məqsədilə ötən ildən etibarən Elektron Satış Sistemini istifadəyə vermişdir. Bu Sistem vasitəsi ilə yubiley və xatirə pul nişanları real vaxt rejimində nağdsız qaydada (ödəniş kartları vasitəsilə) satın alına bilər.

Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı