Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
BBN.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviter hesabında bildirib.
“Görüş zamanı AYİB-ın Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edildi, AYİB-ın Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Eyni zamanda Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik”,- deyə Taleh Kazımov qeyd edib.