Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun iclası təşkil olunub - BBN

Mərkəzi Bankda Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun iclası təşkil olunub

3 fevral tarixində Mərkəzi Bankda Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat təqdim olunub.

Bundan əlavə, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbəti addımlar müəyyən edilib.

Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədri Əliyar Məmmədyarov strategiya çərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə əldə olunmuş nəticələr və Mərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüslər barədə məlumat verib. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi tərəfindən adıçəkilən məqsəd çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 2025-ci il üzrə icrası ilə bağlı monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabat təqdim olunub və bu istiqamətdə müzakirələr aparılıb.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.

Xatırladaq ki, Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupu “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə yaradılıb.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı