Mərkəzi Bankda “Maliyyə sağlamlığı” adlı yay məktəbi təşkil olunub

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən maliyyə maarifləndirməsi tədbirləri çərçivəsində 4 iyul – 6 sentyabr 2023-cü il tarixlərində “Maliyyə sağlamlığı” adlı növbəti yay məktəbi təşkil olunmuşdur. Proqramda ölkənin Biləsuvar, Gədəbəy, Gəncə, İsmayıllı, Qax, Qəbələ, Naftalan, Naxçıvan, Oğuz, Saatlı, Şirvan, Şəki, Tovuz, Zaqatala bölgələrindən 14-16 yaşlı 30 şagird iştirak etmişdir.

Yay məktəbi məktəblilərin Virtual Təhsil Platformasında (edu.e-cbar.az) “Uşaqlar və pullar”, “Bankçılıq və rəqəmsal ödənişlər” və “Sığortaya giriş” kurslarında iştirakları ilə başlamışdır. Bu kursları uğurla başa vuran şagirdlərə “Financial Fitness for life” (2011) kitabı əsasında hazırlanmış Resurslar, Rasional qərarların verilməsi, İqtisadi düşüncə tərzi, Təhsil nə üçün vacibdir?, Karyera seçimi, Məhsuldarlıq, Vergilər, Cari hesab, Borclar, Səhmlər və qarşılıqlı fondlar, Yığım planlarının və investisiyaların növləri, Nağd və ya kredit?, Nağd pulun idarə edilməsi, Qənaət mövzularında virtual seminarlar təqdim edilmişdir.

Tədbirin son iki günü 5-6 sentyabr tarixlərində Bakı şəhərində keçirilmişdir. Uşaqlar şəhərin tarixi yerlərində və muzeylərdə olmuş, Mərkəzi Bankda uğurlu karyera qurmuş insanların tövsiyələrini dinləmişlər.

Yay məktəbinin sonunda iştirakçılara təşviqedici materiallar və sertifikatlar təqdim olunmuşdur.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı