Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib - BBN

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

19 mart 2026-cı il, Bakı: Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının (Şura) növbəti geniş iclası keçirilib. İclas maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində birgə müzakirəsi məqsədilə təşkil olunub.

 

Tədbirdə Şuranın üzvləri, bank və maliyyə institutlarının rəhbər şəxsləri, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, həmçinin müxtəlif sahələri təmsil edən sahibkarlar iştirak ediblər.İclas zamanı real sektorun maliyyələşdirilməsi, kredit resurslarına çıxışın daha da asanlaşdırılması, kiçik və orta biznesin (KOB) dəstəklənməsi mexanizmləri, eləcə də innovativ maliyyə alətlərinin tətbiqi məsələləri geniş müzakirə olunub

 

Görüş çərçivəsində sahibkarlar tərəfindən qaldırılan əsas məsələlər arasında kreditləşmə şərtlərinin təkmilləşdirilməsi, girov tələblərinin optimallaşdırılması, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və regionlarda maliyyə əlçatanlığının artırılması xüsusi yer tutub.

 

Sədr Taleh Kazımov görüşün yekununda tərəflər arasında dialoqun davamlılığının təmin olunmasının, qarşılıqlı etimadın möhkəmləndirilməsinin və konkret təşəbbüslərin həyata keçirilməsi üçün birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. O, Şuranın bundan sonra da maliyyə-bank sektoru ilə biznes ictimaiyyəti arasında effektiv platforma rolu oynayacağına, eyni zamanda, sahibkarlıq mühitinin dayanıqlı inkişafına mühüm töhfələr verəcəyinə dair əminliyini vurğulayıb.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

AccessBank QSC ManageEngine Endpoint Central tenderi elan edir

Azərbaycanın mobil rabitə gəlirləri 5 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı