Mərkəzi Bankda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Mərkəzi Bankın kollektivinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti izlənildi.

Sonra tədbir iştirakçılarına Mərkəzi Bankın sifarişi ilə hazırlanmış “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş investisiya məqsədli pul nişanları barədə video təqdim olundu.

Tədbirdən sonra Mərkəzi Bankın rəhbərliyi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı