Mərkəzi Bankın əməkdaşları UNEC-də tələbələr üçün təqdimat keçirib

11 aprel 2023-cü il tarixində Mərkəzi Bankın İnsan resursları departamentinin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr üçün təqdimat keçirib. Təqdimatda gənclərə Mərkəzi Bankın fəaliyyəti və “Maliyyəçisən” Təcrübə Proqramı haqqında ətraflı məlumat verilib.

Gənclərin karyera planlamasında ilk mərhələ olan “Şəxsi qovluğun hazırlanması” barədə tövsiyələr olan bölmə xüsusi maraq cəlb edib. Mərkəzi Bank universitetlərlə əməkdaşlıq quraraq gənclərə faydalı olacaq təqdimatlar keçirməyə davam edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı