Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın əməkdaşları UNEC-in tələbələri ilə görüşüb - Foto - BBN

Mərkəzi Bankın əməkdaşları UNEC-in tələbələri ilə görüşüb – Foto

Aprelin 4-də Mərkəzi Bankın əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb. Görüşdə Mərkəzi Bankın fəaliyyətinə, eləcə də tələbələrə uğurlu karyera qurmaqda faydalı olacaq məqamlara dair məlumatlar paylaşılıb.

Mərkəzi Bankın əməkdaşları “Maliyyəçisən” Təcrübə Proqramı barədə ətraflı məlumat təqdim edərək tələbələrin suallarını cavablayıblar.

Görüşün yaddaqalan məqamlarından biri isə “Maliyyəçisən” Təcrübə Proqramının ötənilki məzununun tələbələr ilə öz təcrübəsini bölüşməyi olub.

Xatırladaq ki, hazırda “Maliyyəçisən” Təcrübə Proqramında iştirakla bağlı müraciətlərin qəbulu davam etməkdədir. Proqram barədə ətraflı məlumatla rəsmi saytdan https://shorturl.at/dgZ67 tanış ola bilərsiniz.

Related posts

ABA-nın İFRS üzrə Alt İşçi Qrupu ilk onlayn iclasını keçirib

Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Mərkəzi Bank Dünya Bankı ilə əməkdaşlığın prioritetlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı