Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

12 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2115024708 dövlət qeydiyyat nömrəli 50 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9596.9290 (9 %) manat və 9627.9750 (8.28%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

28,350,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9596.9290 (9 %) manat, orta ölçülmüş qiyməti isə 9609.2666 (8.71%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 28,350,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 27.12.2023-cü ildir.

 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı