Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı yayımlanmışdır - BBN

Mərkəzi Bankın 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı yayımlanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində müxtəlif kommunikasiya alətləri vasitəsilə ictimaiyyətin, o cümlədən hədəf qruplarının aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda Maliyyə sabitliyi hesabatı ildə iki dəfə geniş auditoriyaya təqdim olunur.

Hesabatda qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti, riskləri və kənar şoklara qarşı dayanıqlığı stress test vasitəsilə qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır. Eyni zamanda, maliyyə sektoru seqmentləri üzrə 2023-cü il üçün tənzimləmə və nəzarət prioritetləri müəyyən edilmişdir.

Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.

2022-ci ilin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:

Maliyyə sabitliyi hesabatı – 2022

Related posts

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

2026-cı ildə aqrar sektorda süni intellektin tətbiqinin genişləndirilməsi əsas vəzifələrdən olacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı