Mərkəzi Bankın 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı yayımlanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları və alətləri vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda Maliyyə sabitliyi hesabatı ildə iki dəfə geniş auditoriyaya təqdim olunur.

Hesabatda qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır.

Maliyyə sabitliyi hesabatı qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.

2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:

2023-cü ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatı

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı