Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatı yayımlanıb - BBN

Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatı yayımlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı kommunikasiya kanalları vasitəsilə cəmiyyətdə doğru iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində məlumatlılığın artırılmasını hədəfləyir. İldə iki dəfə Maliyyə sabitliyi hesabatının geniş auditoriyaya təqdim olunması bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

Hesabatda qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunub, bank sisteminin vəziyyəti, riskləri və kənar şoklara qarşı dayanıqlılığı qiymətləndirilib. Həmçinin bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər öz əksini tapıb.

Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində elektron versiyada yerləşdirilir.

2024-cü ilin I yarımilinin nəticələri üzrə Maliyyə sabitliyi hesabatını aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

Maliyyə sabitliyi hesabatı

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı