Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2165024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,435.2974 (8.55%) manat və 9,445.2788 (8.39%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 57,970,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,439.6617 (8.48%) manat, orta ölçülmüş qiyməti isə 9,441.0627 (8.46%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 06.06.2024-cü ildir.

Related posts

AMB sığorta sahəsində növbəti attestasiya keçirəcək

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı