Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın 30 milyon manat həcmində 167 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Mərkəzi Bankın 30 milyon manat həcmində 167 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

11 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2031024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 167 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 97.8219 (4.80%) manat və 97.9998 (4.40%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,932,700 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  97.9898 (4.42%) və orta ölçülmüş qiyməti  97.9973 (4.41%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 27.04.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Asiya birjalarında qarışıq vəziyyət: BOJ-un qərarı Yaponiyanı sarsıtdı, KOSPI isə rekord qırdı!

London birjası İran ətrafındakı qeyri-müəyyənlik fonunda qarışıq dinamika ilə açılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı