Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın 30 milyon manat həcmində 168 gün olan notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Mərkəzi Bankın 30 milyon manat həcmində 168 gün olan notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

15 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2051024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 96.8586 (6.95%) manat və 97.4976 (5.5%) manat olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,167,800 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.0340 (6.55%) manat və orta ölçülmüş qiyməti  97.2127 (6.14%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 01.06.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

“Azərbaycan Beynəlxalq Bankı”nın istiqrazlarına 408 investor maraq göstərib

BAZARLARDA İRƏLİLƏYİŞ: Asiya fond birjaları “sülh” və “texnoloji sıçrayış” ilə rənglənib

Asiya bazarlarında “Qara gün”: Texnologiya şoku və hərbi gərginlik bazarları uçuruma sürükləyir!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı