Mərkəzi Bankın 30 milyon manat həcmində 168 gün tədavül müddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

8 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2099024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,556.2706 (9.95%) manat və 9,622.7871 (8.4%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82,260,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,605.9634 (8.79%) manat, orta ölçülmüş qiyməti isə 9,607.4898 (8.75%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 23.11.2023-cü ildir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı